Azərbaycanda tikinti materilları ilə əməliyyat: Şöbə müdirinin başı dərddə…-FOTO

9-02-2018, 18:10           

Dünəndən sosial şəbəkələrdə paylaşılan foto müzakirə predmetinə çevrilib.


Elmi Tədqiqat, Travmatologiya İnstitutunun, Şöbə Müdiri Rauf Ağayevin Facebook hesabındakı postu insanların narazılığına səbəb olub.

Belə ki, həkimin paylaşdığı fotoda xəstənin əməliyyat masasının üzərində uzandığı və qəribə vəziyyətdə olduğu əks edilib. Onun əməliyyatı üçün tikinti materillarından istifadə olunub. Şöbə müdiri tibb müəssisəsinin bölgələrimizdən birində yerləşdiyini bildirib və xəstəxananın adını açıqlamayıb.

Foto sosial şəbəkələrdə ciddi müzakirələrə yol açdıqdan sonra həkim Rauf Ağayev buna münasibət bildirib. O, paylaşdığı statusun zarafat olduğunu söyləyib. R.Ağayev həmçinin məsələni şişirdənləri qınayaraq etirazını bildirib. (minval.info)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru