Dövlət məmuruna məxsus “Mercedes” qəza şəraiti yaratdı — VİDEO

20-02-2018, 21:22           

Bu gün səhər saat 08:25 radələrində “10-AA-128” dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı avtomobil Bakının Vaqif prospektindən Ceyhunbəy Hacıbəyli istiqamətində hərəkət edərkən yol qaydalarını kobud şəkildə pozaraq, qəza şəraiti yaradıb.
“Ölkə.Az”ın məlumatına görə, dövlət məmurlarından birinə məxsus olan sözügedən avtomobilin sürücüsü işıqforın qırmızı işığında gözləyən digər avtomobillərin əksi istiqamətində hərəkət edərək, kobud qayda pozuntusuna yol verib.

Sözügedən avtomobilin sürücüsü qaydanı pozan zaman ərazidə Yol Polisi əməkdaşları da xidmət aparıb. Avtomobilin qayda pozuntusu ərazidə quraşdırılan kameralara da düşüb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru