Magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradıldı

21-02-2018, 08:07           
Magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradıldı
Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”da dəyişikliklər edib.

teref.az xəbər verir ki, qərara əsasən ali təhsilin magistratura səviyyəsi üzrə “ Humanitar və sosial ixtisaslar qrupu” bölməsində “İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ”, “Tibbi hüquq”, “ Əqli mülkiyyət hüququ”, “ Əmək hüququ: sosial təminat hüququ”, “ İdman hüququ” və “Turizm hüququ” ixtisasları yaradılıb.

Eyni zamanda “Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsində “ Musiqi texnologiyaları”, “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” bölməsində “Davamlı inkişafın siyasi idarə edilməsi”, “Davamlı inkişafda insan potensialı”, “Davamlı inkişafın planlaşdırılması”, “Davamlı insan inkişafı” və “Davamlı inkişafda təbii ehtiyatların idarə edilməsi”, “Təbiət ixtisasları qrupu” bölməsində “Kosmologiya”,“ Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsində “Gənclərlə iş” ixtisasları yaradılıb.(APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru