Kəlbəcər yolu boyu otel və restoranlar tikiləcək- İSTİSU, XUDAVƏNG, HEYVALI...

3-03-2018, 20:36           
Kəlbəcər yolu boyu otel və restoranlar tikiləcək- İSTİSU, XUDAVƏNG, HEYVALI...
Ermənilər ötən il istifadəyə verdikləri Göyçə-Kəlbəcər-Ağdərə yolu boyu bir neçə yerdə ictimai-iaşə obyektləri tikəcəklər.
Gununsesi.info “KarabakhTV”-yə istinadla yazır ki, bu haqda Xankəndindəki qondarma-separatçı rejimin “şəhərsalma naziri” hesab edilən Karen Şahnazaryan məlumat verib.
Onun sözlərinə görə, artıq göstərilən yolun kənarlarında bir neçə restoran, kafe və otelin layhələri bəzi şirkətlər və şəxslər tərəfindən hazırlanıb və təsdiqlənib. İki böyük obyektin tikintisini Qarabağın qızılını-misini istismar edən “Beyz-Metalz” şirkəti üzərinə götürüb. Onlardan biri Kəlbəcərin İstisu termal su mənbəyi yaxınlığında, digəri isə Heyvalı(ermənilər “Drmbon” deyir) kəndində tikiləcək. Ermənistan Futbol Federasiyasının prezident Ruben Ayrapetyan tərəfindən təqdim olunmuş digər layihənin Ermənistandan Ağdərəyə gələn yolun sağında – Xudavəng məbədinin yaxınlığında həyata keçiriləcəyi planlaşdırılır. Daha bir neçə belə layihənin olduğunu söyləyən K.Şahnazaryan bildirib ki, 1-2 ilə Kəlbəcər yolu boyu müasir standartlara tam cavab verəcək ictimai iaşə obyektlərinin tikintisi başa çatacaq.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru