Benzinə nələrsə qatılır... - "Zapravka"lara ittiham

8-03-2018, 09:58           

"Azərbaycanda bəzi yanacaqdoldurma məntəqələrində benzinin tərkibinə nələrsə qatılır, amma bu işlərlə SOCAR, "Azpetrol” kimi iri şirkətlər məşğul olmurlar”.


Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.


Onun sözlərinə görə, rəhbərlik etdiyi quruma şikayətlər kiçik şirkətlərdən daxil olur: "Azərbaycanda benzinin keyfiyyəti ilə bağlı iri şirkətlərdən şikayət yoxdur”.


R.Həsənov ölkəyə idxal olunan benzinin keyfiyyətinin aşağı olması ilə bağlı fikirlərə də münasibət bildirib:"Ola bilməz ki, idxal benzininin keyfiyyəti aşağı olsun. Əksinə, keyfiyyət yüksək olduğu (Avro-5 standartına uyğun olduğu) üçün bəzən köhnə avtomobillər onu istifadə edə bilmirlər. Onların mühərriklərində problem ola bilər".


Bundan başqa, Komitə sədrinin sözlərinə görə, ara-sıra satılan benzinin kəmiyyəti ilə bağlı da şikayətlər edilir:"Bəzi işbazlar deyilən həcmdən az doldururlar".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru