Nurəddin Mehdixanlıdan onu "agent" adlandıran Nemətə CAVAB

8-03-2018, 13:26           
Nurəddin Mehdixanlıdan onu "agent" adlandıran Nemətə CAVAB
Nemət Pənahlı xalq artisti, tanınmış aktyor Nurəddin Mehdixanlını “KQB-nin agenti” adlandırıb.

Saytımıza açıqlama verən N. Pənahlı xalq artistinin ünvanına kəskin ittihamlar səsləndirib:

“Meydan Hərəkatı vaxtı Nümayiş Komitəsində təmsil olunan Nurəddin Mehdixanlını “sağ əl”im hesab edirdim. Mənə məlumat çatdırılırdı ki, Nurəddin “KQB” agentidir, ancaq buna inanmırdım. Həbs edildikdən sonra o “KQB”də mənim üzümə duraraq, əleyhimə ifadə verdi”.

Məsələyə aydınlıq gətirmək üçün qarşı tərəfin mövqeyini öyrənməyə çalışdıq.

Yenicag.az-a açıqlama verən aktyor N. Pənahlının sözlərinə əhəmiyyət vermədiyini bildirdi:

“Haqqımda kim nə istəyir, danışsın, özləri bilər. O cümlədən də Nemət Pənahlı… Onun söylədikləri qətiyyən mənə maraqlı deyil. Heç əhəmiyyət belə vermirəm”.

Xalq artisti Nemət Pənahlı ilə aralarındakı münasibətə də aydınlıq gətirib:

“Salam-əleykimiz var”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru