FHN yanğınsöndürənləri hadisə yerinə susuz getdilər – Video

8-03-2018, 20:02           

Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri hadisə yerinə susuz gediblər. Bu barədə AzEuroNews.com-a hadisənin baş verdiyi Qəbələninin Laza kənd sakinləri məlumat verərək bildiriblər ki, Laza kənd orta məktəbində baş verən qəfil yanğınla bağlı FHN-nin qaynar xəttinə zəng vurublar. Bir saat sonra Dövlət Yanğından Mühafizə İdarəsinin Qəbələr Rayon Şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər. Lakin, onlar yanğına müdaxilə edə bilməyiblər. Məlum olub ki, maşınlarda su yoxdur. Bu kənd sakinlərinin qəzəbinə səbəb olub. Ancaq bir saatdan sonra hadisə yerinə içi su dolu yanğınsöndürən maşın gəlib. Buna qədər isə, alov böyüyərək məktəb binasını bürüyüb.

Hadisə ilə bağlı FHN-ni saytında isə, bu məlumat yazılıb: ” Qəbələ rayonunda orta məktəbdə yanğın baş verib. Hadisə rayonun Laza kəndində ümumi sahəsi 1300 kvadratmetr olan kənd orta məktəbində qeydə alınıb. Nəticədə məktəb binasının 650 kvadratmetri yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb”.

AzEuroNews.com jurnalist Xatun Etibarqızının hadisə ilə bağlı paylaşdığı videonu təqdim edir:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru