Velosipedlə səyahətə çıxan italiyalı cütlük Azərbaycanda

9-03-2018, 00:17           

İtaliyadan olan cütlük Makro Morani və həyat yoldaşı Amalia Siraqusa bir müddət əvvəl Asiyanı görmək arzusu ilə İtaliyadan yola çıxıblar.

“Xəzər TV”yə xəbər verir ki, bir neçə gün əvvəl Bakıda olan cütlük bu gün Cəlilabaddan keçiblər.

Onlar azərbaycanlıların italyanlar kimi istiqanlı olduqlarını deyirlər. Turistlər yol boyu pula qənaət etmək üçün axşamlar çadır şəraitində qalmağa üstünlük verirlər. Lazım olan ərzaqları isə həm yol boyu vətəndaşlar verir, həm də marketlərdən alırlar.

Gün ərzində 70-80 km. yol qət edən Morani və Siraqusa Azərbaycandan keçməklə Asiya ölkələrini səyahət etmək fikrindədirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru