Xaricdən gətirilən ərzaqlar bahalaşıb - QİYMƏTLƏR
9-03-2018, 21:33

Bu ilin yanvar-fevral aylarında Azərbaycana idxal olunan əksər yeyinti məhsullarınınm gömrük qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatlarından məlum olur.
Məsələn, 2 ay ərzində ölkəyə gətirilən ətin hər tonu 1 500 ABŞ dollarına (hər kiloqramı 1,5 dollara və yaxud 2,55 manata) rəsmiləşdirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.
Südün gömrük qiymətində 1,6%, kərə yağının və süddən hazırlanmış digər yağların gömrük qiymətində 64,4%, meyvə-tərəvəzin gömrük qiymətində 19,6%, çayın gömrük qiymətində 4%, bitki və heyvan mənşəli piy və yağların gömrük qiymətində isə 5,1% artım olub.
Əvəzində Komitə Azərbaycana idxalı olunan buğdanın hər tonunu illik müqayisədə 6,4%, şəkərin hər tonunu isə 1,5% aşağı qiymətə rəsmiləşdirib.
№
Yeyinti məhsulunun adı
Məhsulun 1 tonunun gömrük qiyməti(ABŞ dolları ilə)
Dinamika
Yanvar-fevral, 2018
Yanvar-fevral, 2017
1
Ət
1500
1351
11,02%
2
Süd
1510
1487
1,55%
3
Kərəyağı
5790
3522
64,40%
4
Meyvə-tərəvəz
483
404
19,55%
5
Çay
393
378
3,97%
6
Buğda
175
187
-6,42%
7
Piy-yağ
931
886
5,08%
8
Şəkər
450
457
-1,53%
“Renkinq”