Xəzərin suyu duzsuzlaşdırılır

10-03-2018, 10:35           

2014-2017-ci illərdə Azərbaycanda 1,6 milyon kubmetr dəniz suyu duzsuzlaşdırılıb.

Trend-in məlumatına görə, Xəzər dənizinin duzsuzlaşdırılmış suyu ətraf ərazilərdəki yaşıllıqların suvarılmasında istifadə edilib.

Yaşıllaşdırma tədbirlərinin effektivliyini, o cümlədən suvarma imkanlarının artırılması məqsədilə əlavə tikinti-quraşdırma işləri aparmadan Xəzər dənizinin suyunun duzsuzlaşdırılması zavodunun gücü 2 dəfə artırılaraq sutkada 2000 kubmetrə çatdırılıb.

Bakı Şirvan Kollektorunda suyun duzsuzlaşdırılaraq suvarmaya yararlı vəziyyətə gətirilməsi üçün inşa edilmiş qurğuların gücü sutkada 5000 kubmetrə çatdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru