Hökumətdən kərə yağı ilə bağlı təccübləndirən açıqlama

10-03-2018, 11:25           
Hökumətdən kərə yağı ilə bağlı təccübləndirən açıqlama
Azərbaycanda kərə yağı ilə daxili təminat səviyyəsi 71% təşkil edir. Bu nisbət təəccüb doğurur.

2017-ci ildə Azərbaycanda 3 mlrd. 293,1 mln. manatlıq qida məhsulları istehsal olunub ki, bu da 2016-cı ilin göstəricisindən 1% çoxdur. Bu barədə hökumətdən məlumat verilib.

Hökumətin materiallarına görə, 2017-ci ilin sonuna ölkə daxili istehsal hesabına mal əti ilə 86,3%, qoyun əti ilə 98%, quş əti ilə 79,7%, yumurta ilə 100,5%, süd və süd məhsulları ilə 86,1%, kartofla 89,2%, tərəvəz məhsulları ilə 100,2%, şəkərlə 60,5%, bitki yağı ilə 36,6%, marqarinlə 101,5%, kərə yağı ilə 71%, duzla 105,8% təmin olunub.

Meyvə və tərəvəz şirələrinin istehsalında əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Meyvə və tərəvəz şirələrinin istehsalı üzrə özünü təmin etmə səviyyəsi 153,7%, meyvə və giləmeyvələrin istehsalı üzrə 122,4%, tərəvəz istehsalı üzrə 115,2% təşkil edir.

Ötən il respublikada ət istehsalı 4,8%, süd istehsalı 0,7%, marqarin istehsalı 8,6%, yodlaşdırılmış duz istehsalı 5%, qablaşdırılmış çay istehsalı 14,9%, pendir və kəsmik istehsalı 9,3% artıb.

Qeyd edək ki, marketlərdə daha çox xarici istehsal kərə yağları gözə dəyir. Son vaxtlar dünyada kərə yağı bahalaşdığından Azərbaycan bazarında da qiymətlər qaldırılıb. İnterfaks-Azərbaycan












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru