Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Məhsullarının Qiymət Məlumat Bazası mart ayı üçün qiymətləri açıqlayıb.
teref.az Fins.az-a istinadən xəbər verir ki, 8 km bazarında sümüksüz cavan qaramal ətinin 1 kq-ı 14 manata satılır.
Hazırda bazarda sümüklü cavan qaramal ətinin 1 kq-ı 11 manat 50 qəpiyə, yaşlı sümüksüz mal əti 9 manata, yaşlı sümüklü mal əti isə, 7 manat 50 təklif edilir.