ÖLKƏYƏ BUĞDA İDXALI 60, ƏT İDXALI 50 FAİZ ARTIB - Nazir isə inkişafdan danışır

11-03-2018, 01:19           
ÖLKƏYƏ BUĞDA İDXALI 60, ƏT İDXALI 50 FAİZ ARTIB -  Nazir isə inkişafdan danışır
Azərbaycana yeyinti məhsullarının idxalı artır. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, 2017-ci ilin 2 ayında 179 milyon dollar olmuş yeyinti məhsulları idxalı 2018-ci ilin eyni dövründə 206,7 milyon dollara yüksəlib.
Azərbaycana şəxər idxalı xaric, ət, süd, kərə yağı, çay, buğda və bitki yağları idxalı artıb.

2017-ci il, Yavar- Fevral, Min ABŞ Dolları ilə 2018-ci il, Yavar- Fevral, Min ABŞ Dolları ilə
Yeyinti məhsulları, 178 978.71 206 744.5
Ət 6 025.19 8 789.79
Süd 1 354.13 1 653.72
Kərə yağı və süddən hazırlanmış digər yağlar 8 483.81 9 876.09
Meyvə-tərəvəz, ton 25 169.59 29 546.41
Çay 6 523.09 9 472.93
Buğda 23 609.65 37 843.92
Bitki və heyvan mənşəli piylər və yağlar 14 546.66 23 444.17
Şəkər 25 818.86 7 518.4
heyder es“Son illər ölkəmizdə kənd təsərrüfatının inkişafında dönüş mərhələsi olub, aqrar sektorun yeni siması formalaşıb. Bütövlükdə kənd təsərrüfatı məhsulu istehsalının yalnız artımı ilə deyil, onun bütün sahələri üzrə inkişaf təmin edilib, idxal artıb (?!-müəl.), ümumi daxili məhsul istehsalında aqrar məhsulların xüsusi çəkisi yüksəlib”. Bu sözləri isə kənd təsərrüfatı naziri Heydər Əsədov bu yaxınlarda Nazirliyin struktur bölmələrinin, Rayon Kənd Təsərrüfatı İdarələrinin və tabeli qurumların rəhbərlərinin iştirakı ilə keçirilən geniş kollegiya iclasındakı çıxışında deyib. Maraqlıdır, əgər kənd təsərrüfatı məhsullarının idxalı ildən-ilə artırsa, nazir hansı inkişafdan, hansı uğurdan danışır?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.