AzərTAc-ın xaricdəki müxbirlərinin övladlarının orta məktəblərdə aylıq təhsil haqlarının 500 dollarını dövlət ödəyəcək

28-08-2015, 21:20           
AzərTAc-ın xaricdəki müxbirlərinin övladlarının orta məktəblərdə aylıq təhsil haqlarının 500 dollarını dövlət ödəyəcək

Nazirlər Kabineti “Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) işçilərinin əməyinin ödənilməsi şərtlərinin və ştat sayının tənzimlənməsi haqqında” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik AzərTAc-ın xarici ölkələrdə çalışan xüsusi müxbirlərinin ümumtəhsil məktəblərində təhsil alan övladları ilə bağlıdır. Qərara əsasən, AzərTAc Xarici İşlər Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə AzərTAc-ın xarici ölkələrdə çalışan xüsusi müxbirlərinin ümumtəhsil məktəblərində təhsil alan övladlarının hər birinin aylıq təhsil haqlarının 500 dollarından çox olmayan hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi təmin etməlidir.

Bu qərar 2016-cı il 1 yanvar tarixindən qüvvəyə minir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.