Taksi sürücüləri fırıldaqçı "şirkət"ə qarşı aksiya keçirdilər

27-03-2018, 22:09           
Taksi sürücüləri fırıldaqçı "şirkət"ə qarşı aksiya keçirdilər
Bakıda bir qrup taksi sürücüsü aksiya keçirib

Taksi sürücülərinin bir araya gələrək etiraz aksiyası keçirməsinə səbəb işləmək istədikləri şirkətin rəhbərliyi ilə aralarında olan aldadılma olayıdır. Sürücülər deyirlər kİ, şirkət rəhbərliyi onları aldadıb.

Sürücülərdən bəziləri "Azadlıq" radiosunun əməkdaşına danışıblar ki, internetdə taksi maşınının icarəyə verilməsinə dair elan görüb, işləmək şirkətə müraciət ediblər. Daha sonra toplam 450 manat şirkətə pul ödəyiblər, daha sonra heç cür şirkətin işçiləri ilə əlaqə saxlaya bilməyiblər. Nəticədə onlar nə vəd olunan maşınları, nə də öz pullarını geri ala bilməyiblər.

Şikayətçilərin dediyinə görə, zərərçəkənlər arasında "şirkət"ə 1000, hətta 2000 manat ödəyənlər var. Onların ümumi sayı 50 nəfərdən artıqdır.

Etiraz aksiyası keçirilən yerə gələn polis işçiləri şikayətçilərdən ifadə olmaq üçün onları polsi bölməsinə dəvət edib.

Fia.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.