Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərlə bağlı qanunvericiliyə dəyişiklik təsdiqlənib

3-04-2018, 15:50           
Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərlə bağlı qanunvericiliyə dəyişiklik təsdiqlənib
Bu gün Milli Məclisin plenar iclasında valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərlə bağlı qanunvericiliyə dəyişiklik müzakirə olunaraq təsdiqlənib.

"Report"un verdiyi xəbərə görə, dəyişiklliyə əsasən, “Valyuta tənzimi haqqında” qanuna 14-1.2 adlı yeni bənd əlavə edilib.

Yeni bəndə görə, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanundan irəli gələn tələblərə əməl etməlidirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru