Beynəlxalq Bankı dirçəltmək üçün 3 milyard dollar lazımdı

1-09-2015, 18:51           
Beynəlxalq Bankı dirçəltmək üçün 3 milyard dollar lazımdı
Azərbaycanın bank olmayan kredit təşkilatı “Aqrarkredit” 3 milyard manat məbləğində istiqrazların emissiyasına hazırlaşır. Virtualaz.org saytı xəbər verir ki, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin saytında məlumat yerləşdirilib.
“Aqrarkreditbank” bu günlərdə prezident İlham Əliyevin imzaladığı fərmanla Azərbaycan Beynəlxalq Bankının problemli kreditlərinin idarə edilməsi üzrə müvəkkil təyin edilib. Beynəlxalq Bankın problemli kreditləri bu maliyyə təşkilatına transfer olunub, bu, bankın özəlləşdirilməsinə hazırlıq tədbirlərindən biridir.

Məlumata əsasən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi avqustun 26-da “Aqrarkredit”in 3 milyard manqa məbləğində qiymətli kağızlar emissiyası prospektini qeydə alıb.Emissiya hər biri 1 manatdan olmaqla 3 milyard istiqrazın buraxılmasını nəzərdə tutur. Arayış üçün qeyd edək ki, qiymətli kağızlar emissiyası borclanmanın bir növüdür. “Aqrarkredit”in bu emissiyanı Beynəlxalq Bankda “sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün” həyata keçirdiyi bildirilir. “Aqrarkredit” 2003-cü ildə lisenziya alıb, onun səhmdarları Maliyyə Nazirliyi, dövlət sığorta şirkəti olan “Azərsığorta” və “Meliorasiya və Su Təsərrüfatı” ASC-dir.

Qeyri-rəsmi məlumatlara görə, Beynəlxalq Bankdan götürülən və qaytarılmayman kreditlərin məbləği 7 milyard manatdan çoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.