Ağstafada hərbi xidmətdən qayıdan gənci avtomobil vuraraq öldürdü

Dünən, 08:47           
Ağstafada hərbi xidmətdən qayıdan gənci avtomobil vuraraq öldürdü
Ağstafada piyadanı avtomobil vuraraq öldürüb.

TEREF "Unikal"a istinadən xəbər verir ki, hadisə rayonda yerləşən marketlərin birinin qarşısında baş verib. Hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyada, 2004-cü il təvəllüdlü E.Fazıyevi vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Məlumata görə, E.Fazıyev bir neçə gün əvvəl hərbi xidmətdən gəlibmiş.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru