"Həddindən artıq zənginlik" sindromu: Norveçlilər sağlamlıqlarını itirirlər

Dünən, 16:48           
"Həddindən artıq zənginlik" sindromu:
Norveç əhalisinin sağlamlığı ölkənin zəngin təbii sərvətləri səbəbindən ciddi təhlükə altına düşə bilər.
Bu barədə "Bloomberg" yazır.

Bildirilir ki, trilyonlarla dollar dəyərində nəhəng neft ehtiyatlarının mövcudluğu Norveçdə şəxsi ambisiyaların və inkişafa can atmanın azalmasına, sağlam həyat tərzinə diqqətin zəifləməsinə gətirib çıxarıb.

Məqalədə qeyd olunur ki, norveçlilər sağlam həyat tərzinə lazımi diqqət yetirməyi dayandırıblar və bunun nəticəsində ölkədə xəstəliklərin sayında artım qeydə alınır. Həmçinin, Norveç sakinləri dövlətin həmişə dəstək olacağını bildikləri üçün get-gedə daha çox lazımsız kreditlər götürürlər. Bundan əlavə, ölkədə bir çoxu lazımsız olan yolların tikintisi aparılır.

Məqalədə vurğulanır ki, Norveçin həddindən artıq zənginliyi yerli hökumət üçün yeni problemlər mənbəyinə çevrilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru