Mərkəzi Nəbatat Bağında zəhərli ilanlar ətrafa səpələniblər - XƏBƏRDARLIQ/VİDEO

Dünən, 16:18           
Mərkəzi Nəbatat Bağında zəhərli ilanlar ətrafa səpələniblər -
Payız və yay aylarında ilanların aktivliyi artır. Mütəxəssislər bildirirlər ki, bu səbəbdən də park və bağlarda daha ciddi profilaktik tədbirlər görülməlidir.

"Azərbaycanda ilanların ovlanması ilə məşğul olan, monitorinq aparan dövlət qurumu yoxdur. İlanlar əsasən, Mərkəzi Nəbatat Bağının ucqar hissələrində müşahidə olunur. Lakin son dövrlərdə bu ərazidə aparılan rekonstruksiya işləri nəticəsində həmin lokal ərazilərdə yaşayan ilanlar bağın digər sahələrinə yayılıblar. Onların arasında zəhərli gürzə ilanları da var", - deyə Zoologiya İnstitutunun əməkdaşı Təvəkkül İsgəndərov bildirib.

Xatırladaq ki, Mərkəzi Nəbatat Bağında azyaşlını ilan sancıb. O, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Dərhal ona ilan zəhəri əleyhinə zərdab tətbiq olunub. Müalicəsi isə davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru