Özcan Denizin bacısından qardaşına ŞOK SÖZLƏR: “İyrənc məxluq, üz qarası...”
Dünən, 17:54

Müğənni Özcan Denizlə böyük qardaşı, əvvəllər meneceri olan Ercan Deniz arasındakı qalmaqala bacıları Sibel Semerci də qoşulub.
Özcan Denizin bacısından qardaşına ŞOK SÖZLƏR: “İyrənc məxluq, üz qarası...”
SAVASHMEDİA.az xəbər verir ki, Semerci qardaşı Ercan Denizi ailənin üz qarası adlandırıb:
“Ölümlə təhdid etməklə, təhqir etməklə bizi qorxudacağını düşünürsənsə, səhv edirsən. Səndən qorxmuram, amma nə qədər iyrənc biri olduğunu da bilirəm. Ailəmizi televiziyalarda biabır etməkdən zövq alırsansa, mən də sənin iç üzünü açacağam. Evimizin atası, böyüyü sandığımız vicdansız, sən bizim üçün ailəmizin üz qarasısan. Qardaş bacının şəxsiyyət vəsiqəsinin pin kodundan istifadə etməklə şirkətlərində çoxlu qanunsuzluqlar etmisən. Aldığın hər borca Özcan Denizi zamin göstərməklə borclarını qardaşımıza ödətdirmisən, vicdansızsan!”
Semerci qardaşı Ercan Denizi məhkəmə adından yalan danışmaqda da ittiham edib:
"Sən kimsən ki, televiziyaya çıxıb Türkiyə Cümhuriyyətinin ədliyyə sisteminin vermədiyi bir qərarı, hətta hakimin belə ağzından çıxmamış bir qərarı qabaqcadan bilirmiş kimi danışırsan? Necə deyə bilirsən ki, "bacım və Özcan bəy iki ildən on iki ilə qədər mühakimə olunur, cəza alacaqlar? Sən çox aciz və yazıq məxluqsan”.
Xatırladaq ki, müğənni Özcan Deniz uzun zamandır qardaşı Ercan Deniz və anası ilə problemlər yaşayır. Belə ki, bir müddət öncə müğənninin həyat yoldaşı Samar Dadqar qayınanası Kadriye Deniz tərəfindən döyüldüyünü bildirib. Müğənni ilə anası arasında bu məsələyə görə soyuqluq yaranıb. Qardaşı Ercan Denizlə məhkəməlik olan müğənni qardaşının qanunsuzluqlarında heç bir rolunun olmadığını iddia edib.