Rusiyada qiymətlərin azalması ikinci həftədir davam edir
Dünən, 17:14
Rusiyada istehlak qiymətləri indeksi ardıcıl ikinci həftədir ki, eniş göstərir. İqtisadiyyat.az xəbər verir ki, Dövlət Statistika Xidmətinin məlumatına görə, son bir həftədə qiymətlər orta hesabla 0,05% azalıb. Bu, 2024-cü ilin sentyabrından bəri qeydə alınan ilk ardıcıl deflyasiya dövrüdür.
Bu ilin əvvəlindən etibarən ümumi inflyasiya 4,51% təşkil edib. Ötən il eyni dövrdə bu göstərici 5,06% idi. Meyvə-tərəvəz qiymətləri isə bir həftədə 4,1% ucuzlaşıb.
İqtisadiyyat Nazirliyi bildirir ki, illik inflyasiya da azalma göstərərək 9,02%-yə düşüb. Mərkəzi Bank ötən həftə əsas faiz dərəcəsini 200 baza bəndi azaldaraq 18%-ə endirib və 2025-ci il üzrə inflyasiya proqnozunu 6–7% aralığına salıb.