"iPhone" istifadəçiləri əməliyyat sistemini yeniləməyə çağırır - Təhlükəli boşluqlar aşkarlandı

Dünən, 17:24           
"iPhone" istifadəçiləri əməliyyat sistemini yeniləməyə çağırır -
İyulun 30-da "Apple" şirkəti "iOS 18.6" əməliyyat sisteminin yenilənməsini təqdim edib.

"iGuides"in məlumatına görə, "iOS 18.6" yenilənməsində əsas dəyişiklik həm şirkətin daxili mühəndisləri, həm də kənar tədqiqatçılar tərəfindən aşkar edilmiş 30-dan çox təhlükəsizlik boşluğunun aradan qaldırılmasıdır.

Aradan qaldırılmış səhvlər arasında "Foto" tətbiqindəki "Xatirələr" bölməsindən video göndərilməsi zamanı yaranan nasazlıq, həmçinin parol daxil etmədən cihazın söndürmə ekranına keçdikdə "Sağlamlıq" tətbiqinin məlumatlarının əlçatmaz olmasına səbəb olan xəta var.

Bundan əlavə, "Multicast" texnologiyasının işi təkmilləşdirilib ki, bu da çoxünvanlı məlumat ötürülməsinin optimallaşdırılması hesabına şəbəkə yükünü azaltmağa imkan verir.

Qeyd olunub ki, "iOS 18.6" yenilənməsi, əsasən sabitliyin, təhlükəsizliyin artırılmasına, normativ standartlara uyğunluğa yönəlib və yeni istifadəçi funksiyaları təqdim etmir. Buna baxmayaraq, ekspertlər cihazı potensial təhdidlərdən qorumaq üçün yenilənməni mümkün qədər tez quraşdırmağı tövsiyə edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru