Azərbaycana gələn əcnəbi turistlər daha çox öz evlərində qalırlar – Ölkələr üzrə siyahı

Bu gün, 00:15           
Azərbaycana gələn əcnəbi turistlər daha çox öz evlərində qalırlar –
Bu ilin iyun ayında Azərbaycana gələn 172 min 270 nəfər əcnəbi turist burada 811 min 118 gecə keçirib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ümumi gecələmələrin 28%-i və ya 228 min 242 gecə otellərdə və otel tipli obyektlərdə qalan turistlərin payına düşüb.
Məlumat üçün bildirək ki, turistlər 273 min 941 gecəni (33,8%) özünə və ya ailə üzvlərinə məxsus mənzillərdə, 190 min 419 gecəni (23,5%) qohumların və ya, dostların mənzillərində, 118 min 516 gecəni (14,6%) isə kirayə götürülümüş evlərdə keçiriblər.
Qeyd edək ki,Suriya istisna olmaqla bütün ölkələrdən Azərbaycana gələn turistlərin burada özlərinə ya da ailə üzvlərinə məxsus evi olub. İyun ayında Suriyadan 15 nəfər gəlib və hamısı otellərdə gecələyiblər.
Öz evlərində və qohumların evlərində qalan turistlər ən çox Moldovadan gəlib. Moldovadan gələnlər Azərbaycanda ümumildə 1 599 gecə keçiriblər və bunun 1 377 gecəsini, yəni ümumi gercələmlərin 86,2%-ni öz evlərində və qohumların evlərində qalıblar.
Öz (ailə üzvlərinin) evlərində və qohumların (dostların) evlərində qalan turistlər Azərbaycana aşağıdakı ölkələrdən gəliblər:
Moldova – 1 377 gecə (ümumi gecələmələrin 86,2%)
Gürcüstan – 17 203 gecə (85,3%)
Rusiya – 256 571 gecə (83,6%)
Tacikistan – 2 036 gecə (80,6%)
Ukrayna – 10 897 gecə (80,2%)
Belarus – 7 004 gecə (76,0%)
İran – 3 136 gecə (73,1%)
Türkiyə – 72 559 gecə (71,9%)
Norveç – 416 gecə (71,9%)
İraq – 915 gecə (71,7%)
Qazaxıstan – 30 059 gecə (70,6%)
Qırğızıstan – 1 775 gecə (66,9%)
Litva – 725 gecə (65,4%)
İsveç – 924 gecə (65,2%)
Latviya – 634 gecə (65,0%)
Oman – 3 162 gecə (59,4%)
Polşa – 1 532 gecə (59,2%)
Kanada – 1 406 gecə (55,2%)
Macarıstan – 732 gecə (49,7%)
Rumıniya – 514 gecə (47,8%)
Niderland – 780 gecə (45,6%)
Almaniya – 3 539 gecə (44,2%)
Fransa – 847 gecə (41,5%)
Yaponiya – 557 gecə (41,2%)
İspaniya – 698 gecə (32,4%)
İtaliya – 869 gecə (27,2%)
İsveçrə – 165 gecə (23,0%)
Bəhreyn – 656 gecə (21,6%)
Səudiyyə Ərəbistanı – 8 794 gecə (20,0%)
Böyük Britaniya – 1 637 gecə (18,8%)
Avstriya – 194 gecə (16,0%)
ABŞ – 1 613 gecə (13,2%)
Şri-Lanka – 176 gecə (12,5%)
Birləşmiş Ərəb Əmirlikləri – 2 100 gecə (12,0%)
Cənubi Koreya – 1 060 gecə (12,3%)
Pakistan – 1 222 gecə (7,2%)
Qətər – 79 gecə (6,0%)
Çin – 865 gecə (4,7%)
Avstraliya – 50 gecə (3,5%)
İordaniya – 110 gecə (2,6%)
Filippin – 75 gecə (2,9%)
Misir – 36 gecə (1,0%)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru