Navalnının memuarları “ekstremist” materiallar siyahısına əlavə edildi
Dünən, 16:24
Rusiya Ədliyyə Nazirliyi mərhum müxalifətçi Aleksey Navalnının “Patriot” kitabını “ekstremist” materiallar siyahısına əlavə edib. Bu barədə departamentin saytında dərc olunmuş məlumatda bildirilib. Siyahıya 2024-cü ildə Litvanın “One Book Publishing” nəşriyyatı tərəfindən dərc edilmiş rusdilli nəşr daxildir. Bildirilib ki, Navalnının xatirələrinin “ekstremist” materiallar siyahısına salınması barədə qərarı iyunun 9-da Leninqrad vilayət məhkəməsi qəbul edib. Xatırladaq ki, Aleksey Navalnının “Patriot” memuarları 2024-cü il oktyabrın 22-də - siyasətçinin Rusiyanın cəzaçəkmə koloniyasında ölümündən təxminən doqquz ay sonra nəşr olunub. Kitab 20-dən çox dilə tərcümə olunub. Siyasətçinin xatirələri 2025-ci il üçün “British Book Awards”da “ilin kitabı” olub, həmçinin “Narrative Non-fantastika” nominasiyasında qalib olub. \\Yeniavaz.com