Maykl Ceksonun kristallarla bəzədilmiş corabı hərracda satıldı

Dünən, 17:08           
Maykl Ceksonun kristallarla bəzədilmiş corabı hərracda satıldı
Əfsanəvi pop ulduzu Maykl Ceksonun Fransada konsert zamanı geyindiyi kolleksiya corabı hərracda 6 200 avroya (təqribən 7 200 dollar - red.) satılıb.

Bu barədə "Le Figaro" qəzeti xəbər verir.

Hərrac Fransanın cənubundakı Nim şəhərində keçirilib. Corabın kristallarla bəzədildiyi bildirilir.

Hərraca çıxarılan corab çərçivəyə salınıb və onun yanında ulduzun konsert turu zamanı işləyən texniklərdən birinin icazə vərəqəsi var.

Nitsadakı konsertdən sonra corabı məhz o taparaq, həmin vaxtdan etibarən özündə saxlayıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru