Leonardo Di Kaprio İsraildə otel tikintisinə başlayır – biznesini genişləndirir

Dünən, 16:46           
Leonardo Di Kaprio İsraildə otel tikintisinə başlayır – biznesini genişləndirir
Məşhur Hollivud aktyoru Leonardo Di Kaprio biznes sahəsində fəaliyyətini genişləndirir. Bu dəfə o, İsraildə otel tikintisinə başlayır.

32gun.az xəbər verir ki, məlumatı “The Jerusalem Post” yayıb.

Di Kaprio “Hagag Group” şirkəti ilə birlikdə Herzliya Marina ərazisində otel inşa etməyə hazırlaşır. Layihədə aktyora 10 faiz pay məxsus olacaq. Qalan hissə isə “Hagag Group” və Axiqam, Lior Koen qardaşlarına aiddir. 2024-cü ilin aprelində ilkin təsdiq alan layihə artıq tam şəkildə təsdiqlənib. Əvvəlcə 10 min kvadratmetr olan sahə son qərardan sonra 51 min kvadratmetrə qədər artırılıb. Bu isə 365 otaqlı, 14 mərtəbəli otel və yeraltı dayanacağın tikintisinə imkan verəcək.

Qeyd edək ki, Leonardo Di Kaprio bir müddətdir italyan supermodel Vittoriya Çeretti ilə münasibətdədir. Mart ayında model ilk dəfə aktyorla münasibətindən danışıb. O, Milanda tanış olduqlarını söyləsə də, sevgilisinin adını açıqlamayıb və münasibətlərinin təfərrüatlarını bölüşmək istəmədiyini bildirib. Çeretti həmçinin qadınların “kiminsə sevgilisi” kimi təqdim edilməsindən narahat olduğunu vurğulayıb.

Xatırladaq ki, may ayının sonunda “Radar Online” nəşri insayderə istinadla Leonardo Di Kaprionun dostu Bredli Kuperə inad olaraq Vittoriya Çeretti ilə tezliklə evlənmək qərarına gəldiyini yazmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru