"Telegram" messencerinin beta versiyasında yazıların bütün kanallarda qlobal axtarış funksiyası tətbiq edilib.
Bu barədə "Durova Code" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, funksiyadan "Premium" abunə sahibləri istifadə edə bilərlər. İstifadəçilər pulsuz olaraq yalnız iki axtarış sorğusunu yerinə yetirə biləcəklər.
Sonrakı əməliyyatlar üçün 10 ulduz ödəmək lazımdır.