Hansı icra başçıları yol üstündədir... - Yeni təyinatlar olacaq...

2-09-2015, 11:24           
Hansı icra başçıları yol üstündədir... - Yeni təyinatlar olacaq...
Dünəndən bir neçə rayonun icra başçısının dəyişdirildiyi barədə xəbərlər yayılsa da, bu iddia olunanlar hələlik rəsmi təsdiqini tapmayıb. DİA.AZ-ın məlumatına görə, xəbərlərdə Abşeron rayon icra hakimiyyəti başçısı Zakir Fərəcovun Sumqayıta, Sumqayıt şefi Eldar Əzizovun isə Bakının Nizami rayonuna başçı göndəriləcəyi qeyd olunur.

Bu barədə DİA.AZ-a danışan hökumətdəki mənbə bildirir ki, eyni zamanda iki əyalət rayonu rəhbərinin də görəvindən alınacağı onlardan birinin isə Abşerona gətiriləcəyi gözlənilir.

Mənbənin dia.az-a soylədikləri: "Həmin icra başçıları ilə bağlı da sərəncam hazırdır. Sadəcə olaraq rəsmən elan olunması yubadılır".

Amma hansı əyalət rayonlarında rəhbər dəyişikliyinin baş verəcəyini dəqiq ifadə etməyən mənbə, bu gün-sabah rəsmi məlumatların yayılacağını da istisna etmədi.

DİA.AZ isə xatırladır ki, son zamanlar Ağsu, Gədəbəy, Xaçmaz və Masallı RİH başçılarının vəzifələrindən azad ediləcəyi haqda xəbərlər dolaşmaqdadır. Onlardan hansının Abşerona gətiriləcəyi isə dəqiq bəlli deyil.

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.