“Çaqqal” ləqəbli məşhur terrorçu PKK və Azərbaycandakı kürdlər haqda - İlginc
2-09-2015, 14:52
Bir vaxtlar dünyanın 1 nömrəli terrorçusu sayılan (o zamanlar hələ bin Laden və onun kimilər ortada yox idi), “Çaqqal Karlos” ləqəbli İliç Ramirez Sançes saxlanıldığı Paris həbsxanasından Türkiyədəki vəziyyəti şərh edib.
Virtualaz.org saytı xəbər verir ki, “Çaqqal” həbsxanadan vəkil Güven Yılmazla telefonla danışıb, türklərlə kürdlərin müharibəsini “çox məyusedici və axmaq hərəkət” adlandırıb.
Sançes deyib ki, PKK iki polisi qətlə yetirərək Türkiyəyə qarçı açıq savaş elan edib. Bu isə olduqca mənasız və axmaq hərəkətdir, eyni zamanda kürdlərin azadlıq mübarizəsinə xəyanətdir. Çünki bu hadisədən sonra Türkiyə PKK-ya qarşı irimiqyaslı əməliyyatlara başlayıb. Sançes hesab edir ki, Türkiyə ilə PKK arasında qızışan yeni savaş ancaq Amerika imperialistlərinin və İsrailin maraqlarına uyğundur, nə Türkiyənin, nə Ərdoğanın, nə kürdlərin, nə də solçu hərəkatların maraqlarına uyğun deyil.
“Çaqqal” deyib ki, ömrü boyu kürdlərin mübarizəsinə simpatiya bəsləyib. “Kürd xalqı Suriyada, İraqda, İranda, Türkiyədə və Azərbaycanda bir xalq olaraq tanınmaq, milli hüquqlarına sahib olmaq haqqına malikdir. Azərbaycan kürdlərin haqqını tanıyır, amma orada çox az sayda kürd yaşayır. Onlar Azərbaycanda azlıq təşkil edir”-Sançes bildirib.