71 yaşlı millət vəkilimiz oteldə "viaqra" içib ölüb? - RƏSMİ AÇIQLAMA

16-04-2018, 13:37           
71 yaşlı millət vəkilimiz oteldə "viaqra" içib ölüb? - RƏSMİ AÇIQLAMA
Xəbər verdiyimiz kimi, millət vəkili Astan Şahverdiyev Qusarın Çiləgir kəndində yerləşən "Chateau" otelində ürək tutmasından ölüb. Sosial şəbəkələrdə və bəzi KİV-lərdə deputatın ölümü ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Qeyd olunur ki, Astan Şahverdiyev yüksək dozalı həbdən (Viaqra) istifadə etdiyi üçün dünyasını dəyişib.

Məsələ ilə bağlı Qusar rayon prokurorluğundan verilən məlumata görə, Astan Şahverdiyev həqiqətəndə Qusarın Çiləgir kəndində yerləşən "Chateau" oteldə dünyasını dəyişib. Onun ölməsinə səbəb isə ürək tutmasıdır. Yayılan məlumatlar isə həqiqətə uyğun deyil. Məsələ ilə bağlı əlavə məlumat veriləcək.

teref.az xəbər verir ki, hadisənin istintaqını aparan müstəntiq unikal.org-a açıqlamasında vurğulayıb ki, mərhum A.Şahverdiyev haqqında yayınlan məlumatlar yalandır: "Onun ölümü ilə bağlı irəli sürülən versiyaların hamısı əsassızdır. A.Şahverdiyev şənbə və bazar günləri dincəlmək üçün buraya gəlib. Səhər saatlarında özünü narahat hiss edib və bu zaman ürək tutmasından dünyasını dəyişib. Yayılan məlumatlar xalq tərəfindən seçilmiş millət vəkilinə atılmış ləkədir.

Hazırda A.Şahverdiyevin ölümü ilə bağlı araşdırma davam etdirilir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.