Ən yüksək hərbi xərcləri olan ölkələr açıqlandı
3-05-2018, 09:28

Ötən il bütün dünya üzrə hərbi xərclər 1,1% artaraq, 1,7 trilyon dollara çatıb.
Teleqraf.com xəbər verir ki, bu haqda Sülh problemlərinin araşdırılması üzrə beynəlxalq Stokholm institutu hesabat dərc edib.
Hesabatda müdafiə sahəsinin təfsilatlı stastistikası ilə yanaşı ən yüksək hərbi xərcləri olan 15 dövlət də göstərilib.
Siyahıya həmişə olduğu kimi ABŞ başçılıq edir. Hesabata əsasən 2017-ci ildə Birləşmiş Ştatlar ümumi hərbi xərclərin 35% faizinə cavab verib.
İkinci yerdə gələn Çinin payına isə qlobal hərbi xərclərin 13 faizi düşür. Üçüncü yerdə isə hərbi məsrəflərinə görə Rusiyanı (3,8%) üstələyən Səudiyyə Ərəbstanı gəlir (4%).
Orduya ən çox vəsait xərcləyən beşinci dövlət isə Hindistandır. Onun payına ümumi hərbi xərclərin 3,7%-i düşür.
Dünyada hərbi xərcləri ən çox olan 10 ölkənin siyahısı
1) ABŞ-610 milyard dollar.
2) Çin-228 milyard dollar.
3) Səudiyyə Ərəbistanı-69.4 milyard dollar.
4) Rusiya-66.3 milyard dollar.
5) Hindistan-63.9 milyard dollar.
6) Fransa-57.8 milyard dollar.
7) Böyük Britaniya- 47.2 milyard dollar.
8) Yaponiya-45.4 milyard dollar.
9) Almaniya-44.3 milyard dollar.
10) Cənubi Koreya-39.2 milyard dollar.