Abel Məhərrəmovun səfir oğlu Şuşanın işgalı günü bayram tədbiri keçirir
4-05-2018, 00:27
Azərbaycanın İspaniyadakı səfirliyi mayın 8-də - Şuşanın işğalı günündə paytaxt Madriddə keçiriləcək bir tədbirlə bağlı elan yayıb. Tədbirin Dağlıq Qarabağ probleminə, Şuşanın işğalına heç bir aidiyyəti yoxdur. Söhbət 9 may – Qələbə bayramı münasibətilə nəzərdə tutulan tədbirdən gedir.
“08.05.2018-ci il tarixində Madrid şəhərində “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu?” adlı sənədli filmin ispan dilində nümayişi keçiriləcək. Fulmin çəkilişləri Bakı Media Mərkəzi və Fransanın sənədli film istehsalı sahəsində tanınmış “Clarke Costelle&Co” (CC&C) prodakşn şirkəti tərəfindən aparılıb.
Film Azərbaycan xalqının və onun ən böyük sərvəti olan neftin faşizm üzərində qələbədəki rolundan bəhs edir. Hurriyyet.org