Rəsmi Berlin Zukerberqdan “Facebook”da təhlükəsizliyi gücləndirməyi istədi:"Burada daha çox şəffaflıq təmin edilməlidir"

4-05-2018, 01:11           

Almaniyanın Ədliyyə Nazirliyi “Facebook” şirkətini sosial şəbəkənin istifadəçilərinin şəxsi məlumatlarının qorunması üzrə əlavə tədbirlər görməyə çağırıb.

Bu barədə Almaniyanın ədliyyə naziri Katarina Barlinin “Faebook” şirkətinin rəhbəri Mark Zukerberqə göndərdiyi məktubda deyilir.

K.Barlinin sözlərinə görə, “Facebook” daha əvvəl məlumatların müdafiəsi sahəsində optimallaşdırılmanın keçirilməsi haqqında xəbər verib və bu, “yaxşı başlanğıcdır”. Lakin dəyişikliklər prosesi mümkün qədər tez həyata keçirilməlidir.
Nazir qeyd edib ki, şirkət istifadəçilər üçün fərdi məlumatlara nəzarət məsələsində daha çox şəffaflıq təmin etməlidir/Trend.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru