MİKAYIL CABBAROV SABİQ NAZİRİN KÜRƏKƏNİNƏ VƏZİFƏ VERDİ- Təyinat

4-05-2018, 01:15           

Vergilər Nazirliyi yanında yeni yaradılan İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinə rəhbər təyin edilib.“APA-Economics”in məlumatına görə, Azər Oqtay oğlu Məmmədov Vergilər Nazirliyi yanında yeni yaradılan İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinə baş direktor təyin edilib. O, bu təyinatadək Dövlət Gömrük Komitəsində çalışıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2015-ci ilin yanvarın 28-də imzaladığı “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında” sərəncam ilə gömrük xidməti polkovniki Azər Məmmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyində yeni struktur – Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradılıb.

Departamentin yaradılmasında məqsəd maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanlarının fəaliyyətinə dəstəyin verilməsi və idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsidir.

“AzPolitika.info” onu da əlavə edir ki, Azər Məmmədov sabiq təhsil naziri Misir Mərdanovun kürəkənidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru