Yol tikintisi zamanı mühəndis-kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması qaydası dəyişdirilib

4-05-2018, 06:55           
Yol tikintisi zamanı mühəndis-kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması qaydası dəyişdirilib
Nazirlər Kabineti “Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyunca yerləşən mövcud mühəndis-kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması Qaydası”nda dəyişikliklər edib.

“Report” xəbər verir ki, sənəd Baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb.

Dəyişikliyə görə, avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işləri aparılarkən, mühəndisi kommunikasiyaların dəyişdirilməsi, köçürülməsi, yenidən qurulması avtomobil yollarının və mühəndisi kommunikasiyaların mülkiyyətçilərinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin razılığı ilə qüvvədə olan normativ və layihə-smeta sənədləri əsasında həyata keçiriləcək. Siyahıdan yerli icra hakimiyyəti orqanları çıxarılıb.

Bu işlər, Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş qaydada yerinə yetiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru