Yaddaşı yeniləyən qurğu icad edildi

16-05-2018, 09:30           
Yaddaşı yeniləyən qurğu icad edildi
Almaniya tələbələri istifadəçinin gözünü qırpması zamanı ətraf dünyanı çəkən "Augenblick" adlı qurğu hazırlayıblar. Qurğu göz ətrafında əzələlərin yığılmasına reaksiya verən kamera və ötürücülərlə təchiz edilən eynəkdən ibarətdir.

Teleqraf.com "IKTnyus"a istinadən xəbər verir ki, "Augenblick" Bremen Ali İncəsənət Məktəbinin tələbələri Manasse Pinsuvan və Rene Henrixin diplom layihəsidir. Tərtibatçıların sözlərinə görə, kamera tərəfindən insanların gündə gözlərini min dəfə qırpması zamanı nəzərdən qaçırılan hər şey qeydə alınır. Qurğu istifadəçinin buraxdığı hər ayrıca kadrı yazır. Yüksək həssaslığa malik sensor göz ətrafında əzələlərin yığılmasına reaksiya verərək onu kadrı yazmağa başlamaq üçün siqnal kimi qəbul edir. Kadrın qeydə alınması yalnız göz yenidən açılan zaman dayanır.

Qurğu yaradıcıları layihənin potensial imkana malik olduğunu qeyd edirlər. Videomaterialın montajından məlum olub ki, insan gün ərzində gözünü qırpması nəticəsində minlərlə məqamı nəzərdən qaçırır ki, bundan da qurğu istifadəçisinin həyatı haqqında gündəlik sənədli film yaratmaq olar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru