Məleykə Abbaszadə abituriyentlərə xəbərdarlıq edib
22-05-2018, 19:23
“Təəssüflər olsun ki, bəzi abituriyentlər ikinci, yəni yay imtahanına qanun-qaydanı pozmaq üçün gəlirlər”. “Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O qeyd edib ki, yay imtahanında hansısa qayda pozuntusuna yol verən abituriyentlərin ilk imtahanda əldə etdikləri nəticələri də ləğv olunacaq: “İstər yaz, istərsə də yay imtahanında qaydaları pozan abituriyentlərin bütün nəticələri ləğv olunacaq və onların bu il üzrə heç bir imtahan nəticələri olmayacaq”.