FES dolları bahalaşdırdı: manatı nə gözləyir? – Millət vəkili

21-06-2018, 10:13           

Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini artırması manata birbaşa təsir göstərməyəcək.

Bu sözləri Axar.az-a ABŞ-ın Federal Ehtiyatlar Sisteminin qərarının manata təsiri ilə bağlı danışarkən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, Azərbaycanda milli valyutanın qorunub saxlanılması üçün bütün şərtlər var:

“Yəni neftin qiyməti yüksəkdir, idxal-ixrac əməliyyatlarında dörd ayda müsbət saldo təxminən iki milyard manat təşkil edib. Azərbaycan Mərkəzi Bankı tərəfindən pul kütləsinə nəzarət mexanizmi çox güclüdür. Hesab edirəm ki, uçot dərəcəsinin artırılması manatın məzənnəsinə təsirsiz ötüşəcək. Manat elə indiki səviyyədə də qorunub saxlanılacaq”.

Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) son iclasında uçot dərəcəsini 1,75-2,00% artırıb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru