"Bəzi valideynlər ixtisas seçimi zamanı uşaqlarının taleyini başqasının əlinə buraxır" - DİM rəhbəri

30-07-2018, 11:49           
"Bəzi valideynlər ixtisas seçimi zamanı uşaqlarının taleyini başqasının əlinə buraxır" - DİM rəhbəri
"İxtisas qruplarında keçid balları müxtəlifdir. Ona görə də ixtisas seçimində hər kəs balını bilib buna uyğun seçim etməlidir. Təəssüf ki, ixtisas seçimi zamanı abituriyent və onun valideyni kiməsə müraciət edir".

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bəzi valideynlər öz uşaqlarının taleyini başqasının əlinə buraxır: "Bunun da nəticəsində abituriyent istəmədiyi ixtisasa və şəhərə qəbul olur. Ona görə də ərizəni təsdiq edən abituriyentin özü olmalıdır. Birinci və ya axırıncı ərizənin təsdiq edilməsi heç bir əhəmiyyət kəsb etmir. Çünki seçim abituriyentin topladığı bala əsasən aparılır. Məsləhət görərdim ki, üç dəfə ərizə dəyişməkdənsə dəqiq seçim edilsin".

M.Abbaszadə qeyd edib ki, ixtisas seçimininin rahat olması üçün DİM-in xidmətləri fəaliyyət göstərir: "Valideynlər də bu xidmətlərdən yararlana bilərlər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru