İctimai çimərliklərin sayı niyə azalır? (VİDEO)

31-07-2018, 00:05           
İctimai çimərliklərin sayı niyə azalır? (VİDEO)
Xəzər dənizinin sahilində ictimai çimərliklərin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Odur ki, istirahət etmək istəyənlərin əksəriyyəti müəyyən məbləğ ödəməklə özəl çimərliklərə getməyə məcbur olurlar.
Xezerxeber.az-ın məlumatına görə, söhbət hamı üçün nəzərdə tutulan və istirahət üçün heç bir ödəniş tələb edilməyən ictimai çimərliklərdən gedir. Paytaxt sakinləri düşünürlər ki, belə çimərliklərin sayı durmadan azalır.
Barmaqla sayılacaq qədər az olan belə çimərliklərin durumu da sözün əsl mənasında acınacaqlıdır. Çünki bu çimərliklərdə təmizliyə nəzarət və riayət edilmir.
Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, ictimai çimərliklərin sayının az olması birbaşa ölkəyə olan turist axınına mənfi təsir edən amildir. Onun sözlərinə görə, ictimai çimərliklərin yaradılmasına və ona nəzarətə ciddi ehtiyac var.
Ekspert deyir ki, xarici ölkələrdə, xüsusən də turistik zonalarda ictimai çimərliklər geniş yayılıb və belə istirahət zonalarının sayının çox olması birbaşa turist axınına hesablanıb.
Qeyd edək ki, bu il Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliklərin yaradılması planlaşdırılırdı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru