Azərbaycanda turizm mərkəzlərinə dəmir yolu çəkilişi üzrə işlər nə yerdədir?

1-08-2018, 08:07           
Azərbaycanda turizm mərkəzlərinə dəmir yolu çəkilişi üzrə işlər nə yerdədir?
Azərbaycanda turizm mərkəzlərinə dəmir yolu çəkilişi üzrə işlər davam edir.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə bildiriblər ki, hazırda Qəbələyə dəmir yolu xətlərinin çəkilməsi istiqamətində işlər aparılır, torpaq yatağı hazırlanır:

"Qəbələyə yol Ləkidən dönməklə çəkiləcək. Əvvəlcə Bakıdan Ləki stansiyasınadək, sonra Ləkidən sağ tərəfə çıxıb, Ağdaşın yanından keçməklə Qəbələnin hava limanına qədər gediləcək. Nəzərə almaq lazımdı ki, Ləki stansiyasından Qəbələyə qədər olan ərazinin relyefi bir az mürəkkəbdir, dağlıq yerlər var".

Qeyd olunub ki, bundan başqa, Qusar rayonundakı Şahdağ dağ-xizək kurortuna dəmir yolunun çəkilməsi və Bakı-Yalama xəttinin yeniləşdirilməsi nəzərdə tutulur:

"Burada da layihələndirmə işləri aparılır. Hər iki layihə üzrə dəmir yolunun çəkiləcəyi müddət bilinəndə ictimaiyyətə məlumat veriləcək".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.