Məktəb və kolleclərdə mobil telefonlar qadağan olundu

1-08-2018, 08:30           
Məktəb və kolleclərdə mobil telefonlar qadağan olundu
Məktəb və kolleclərdə elektron qurğuların, xüsusilə də uşaqların istifadəsi üçün smartfon telefon və planşetlərin istifadəsinə qadağa qoyuldu.

Publika.az xəbər verir ki, söhbət Fransa parlamenti tərəfindən qəbul edilmiş qanundan gedir.

Qanun layihəsinə əsasən, məktəb və kolleclərdə müəyyən elektron qurğuların istifadəsinə qadağa qoyulur. Müzakirə zamanı 62 deputat qanun layihəsinin lehinə, 1 deputat isə əleyhinə səs verib.

Yeni qanun təhsil müəssisələrində smartfon, planşet, noutbuk və hətta “ağıllı” saat daxil olmaqla istənilən elektron qurğudan istifadəni qadağan edir. Lakin əlil uşaqlar üçün elektron cihazlardan istifadəyə dair istisnalar nəzərdə tutulub. Qanun, həmçinin təhsillə bağlı, amma açıq havada keçirilən tədbirlərdə (məsələn, idman tədbirləri) elektron qurğulardan istifadəni qadağan edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru