Bitkoin 7,5 min dollaradək ucuzlaşdı

2-08-2018, 07:38           
Bitkoin 7,5 min dollaradək ucuzlaşdı
Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti 7,5 min dollaradək geriləyib.

Trend-in məlumatına görə, mütəxəssislər bu amili kriptovalyuta ilə spekulyativ alış-verişin artması ilə əlaqələndirirlər.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 7,33% azalaraq 7,542 min dollar təşkil edib.

Alternativ kriptovalyutalar da ucuzlaşma nümayiş etdirib. Belə ki, "Ethereum" 7,46% və ya 418,38 dollaradək, "Ripple" 2,8% (0,4289 dollara qədər), "Bitcoin Cash" isə 6,16% (754,31 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 269,03 milyard dollar təşkil edir və bunun 48,17% faizi bitkoinin payına düşür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru