Azərbaycanın Vergilər Nazirliyinə ABŞ şirkəti məsləhət verəcək –1,5 milyon manatlıq müqavilə

8-08-2018, 07:56           
Azərbaycanın Vergilər Nazirliyinə ABŞ şirkəti məsləhət verəcək –1,5 milyon manatlıq müqavilə
Vergilər Nazirliyi Amerika Birləşmiş Ştatlarının (ABŞ) “McKinsey & Company INC” şirkətinin Azərbaycan filialı ilə ekspertiza-məsləhət xidmətinin göstərilməsindən ötrü müqavilə imzalayıb.

Teref.az Azadlıq Radiosuna istinadla bildirir ki, bu barədə Azərbaycanın dövlət satınalmaları reyestri məlumat verir.

Tərəflər arasında müqavilənin iyulun 30-da bağlandığı bildirilir. Xidmətlərin göstərilməsi üzrə müqavilənin dəyəri 1,5 milyon manatdır.

Bundan əvvəl Dövlət İcbari Tibbi Sığorta Agentliyi də həmin şirkəti Azərbaycanda icbari tibbi sığortanın ümumi tətbiqi üzrə məsləhətçi kimi cəlb edib.

Bu məqsədlə prezident İlham Əliyev bu il iyulun 19-da dövlət büdcəsindən 1,3 milyon manat ayırmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru