Vaqif Abdullayevə vəzifə verilə bilər... - İDDİA

8-10-2018, 12:24           
Vaqif Abdullayevə  vəzifə verilə bilər... - İDDİA
Keçən həftə Beyləqan rayon icra hakimiyyətinin başçısı postundan alınan Vaqif Abdullayevə yenidən etimad göstərilə bilər. Bu barədə DİA.AZ-a mötəbər mənbələrdən daxil olan informasiyada deyilir. Xəbəri verən mənbə iddia edir ki, Vaqif Abdullayev hazırda boş qalan icra başçısı postlarından birinə təyin olunacaq.

Mənbənin dia.az-a söylədikləri: "Hazırda Mingəçevir şəhərinə və Bakının Səbail rayonuna təyinat məsələsi gündəmdədir. Ola bilsin ki, Vaqif Abdullayev yenidən vəzifəyə gətirilsin. Bu iki postdan birinə..."

Xatırladaq ki, buna qədər hər iki posta hazırda Daşkəsənə rəhbərlik edən Əhəd Abıyevin və Lənkəran RİH rəhbəri Taleh Qaraşovun da adları namizəd olaraq hallandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru