AMEA-da kütləvi ixtisarlar başladı: çox sayda işçi çıxarıldı

14-10-2018, 15:03           
AMEA-da kütləvi ixtisarlar başladı: çox sayda işçi çıxarıldı
Azərbaycan Milli Elmlər Akademiyasında ixtisarlar aparılır.
"Kommersant.az" xəbər verir ki, bu ilin sentyabr ayından başlayaraq AMEA-nın müxtəlif institutlarında işçilər ixtisar edilir.

Mənbəmizin verdiyi məlumata görə, işçilərin işdən çıxarılması demək olar ki, bütün institutları əhatə edir.

Bundan əlavə AMEA-da bir neçə institutun da ləğv edilərək, digərləri ilə birləşməsi söhbətləri yayılıb. Bir-birinə yaxın, törəmə institutlar ləğv ediləcək və digər institutlara birləşdiriləcək. Bu zaman isə ləğv edilmiş institutun texniki və bəzi işçiləri işini itirəcək.

Məlumata görə, AMEA bu addımı atmaqla əlavə xərclərdən qurtulmağı hədəfləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru