Kardaşyanın Ermənistan planı – Alt paltarları istehsalı...

28-09-2019, 07:43           
Kardaşyanın Ermənistan planı – Alt paltarları istehsalı...
Amerikada yaşayan erməni əsilli pornoulduz Kim Kardaşyan Ermənistanla bağlı planlarını açıqlayıb.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, Kardaşyan özünün Twitter səhifəsində yazıb ki, Ermənistanda iş yerləri açmağı planlaşdırır. Erməni gözəlçə deyib ki, iki həftədən sonra Ermənistana səfər edəcək. O, səfər zamanı rəhbərlik etdiyi, alt paltarlarının istehsalı ilə məşğul olan şirkətin hesabına iş yerlərini açacağına ümid etdiyini bildirib.

ABŞ-dakı erməni milli komitəsi öz növbəsində Kardaşyana tutduğu mövqeyə, həmçinin saxta “erməni soyqırımı”nın tanınması istiqamətində fəaliyyətinə görə təşəkkür edib.

Kardaşyan WCIT-2019 tədbirində iştirak etmək üçün 6-9 oktyabr tarixlərində İrəvanda olacaq. Beləliklə, Ermənistan hakimiyyəti ölkəni böhrandan çıxartmaq üçün pornoulduzun səxavətinə ümid edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru