“Onlar haqda danışmaq istəmirəm...”- Qocaman muğam ustadı dostlarından gileyləndi...

28-09-2019, 10:10           
“Onlar haqda danışmaq istəmirəm...”- Qocaman muğam ustadı dostlarından gileyləndi...
“Səhhətim belə babatdı da vallah nə bilim”

Bunu Moderator.az-a açıqlamasında qocaman muğam ustadı, Xalq artisti Əlibaba Məmmədov xəstəliyi haqda danışarkən deyib.

“Diqqətiniz üçün minnətdaram. Səhhətim belə babatdı da nə bilim. Yaşlı adamam elə həmişə olduğu kimi evdə nəvə-nəticələrlə başımızı qatırıq. Ayaqlarım tutmur. Şükür bu günümüzə”.

“Bəs dostlarınız sizə baş çəkirmi?”-sualını isə muğam ustadı cavablandırmaq istəməyib:

“Bu haqda danışmaq istəmirəm. Baş çəkən də, çəkməyən də sağ olsun”.

Qeyd edək ki, səhhətindəki problemlərə baxmayaraq Əlibaba Məmmədov bu il Yeddinci Televiziya Muğam Müsabiqəsində müniflər heyətinin üzvü olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru