"Yekəxanalıqdan başqa heç nə..." - Müğənnidən məmur övladları ilə bağlı sərt sözlər

13-11-2019, 17:44           
"Yekəxanalıqdan başqa heç nə..." - Müğənnidən məmur övladları ilə bağlı sərt sözlər
Müğənni İlqar Xəyal AzTV-də yayımlanan "Gün başladı” proqramında qonaq olub.
“Yeni Sabah” xəbər verir ki, dostluq münasibətlərindən danışan 53 yaşlı ifaçı vəzifəli şəxslərdən həmişə kənar gəzdiyini açıqlayıb:
"Bəzi insanlar var ki, mənfəət güddükləri insana salam verirlər. Yaxud düşünürlər ki, həmin insanla ünsiyyətdə olsalar, onun vasitəsilə hansısa vəzifəyə yüksələ bilərlər. Çalışırlar ki, prestijli insanların əhatəsində yaşasınlar. Dostlarım həmişə sadə insanlar olub. Adlı-sanlı, vəzifəli şəxslərin övladlarından həmişə kənar gəzmişəm. Onlardan öyrənəcəyim yekəxanalıqdan başqa heç nə olmayıb. Yalnız sədaqətli, səmimi insanlarla münasibət qurmuşam. Bu, şəxsi və sənət həyatımda da belə olub”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru